Rokfeller, Kissincer və Bjeziniskinin yaratdığı gizli təşkilatın dünya üçün MƏXFİ PLANLARI

Rokfeller, Kissincer və Bjeziniskinin yaratdığı gizli təşkilatın dünya üçün MƏXFİ PLANLARI
09:48 14 Fevral 2017
225 Digər
Ölkə mətbuatı
A- A+

Qaranlıq güclərin bütün ölkələri özündə birləşdirən Dünya Hökuməti qurmaq planları haqda zaman-zaman məlumatlar yayılıb. İctimaiyyət bu gizli planla bağlı təfsilatlı məlumatlarla “Mi6” kəşfiyyat qrupunun keçmiş əməkdaşı Con Kolomenin “300 komitet – dünya hökumətinin sirləri” kitabında tanış olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Dünya Hökumətinin yaradılması işinə indiyə qədər adı çox da hallanmayan “Trilateral Komissiyası” adlı gizli təşkilat rəhbərlik edir.



Bu gizli təşkilat 1973-cü ildə milyarder David Rokfeller və məşhur siyasətçilər Henri Kissincerlə Zbiqnev Bjeziniski tərəfindən yaradılıb. Təşkilat ilk olaraq ABŞ-da Karter hökuməti dövründə böyük güc əldə edib. Həmin vaxt ABŞ Administrasiyasında Karterin özü də daxil olmaqla 20 yüksək vəzifəli şəxs bu təşkilatın üzvü idi.

Təşkilatın digər üzvləri isə maliyyəçilər, sənayeçilər və akademiklər idi. Karterdən sonra ABŞ-da Buş, Klinton kimi prezidentlər də “Trilateral Komissiyası”nın üzvləri idilər.

Bjeziniski 1973-76-cı illərdə təşkilata rəhbərlik edib.

Təşkilatın simvolu belədir: Bir kürənin hər üç tərəfindən üç ədəd üçbucaq uzanaraq kürənin mərkəzinə yaxınlaşırlar, lakin birləşmirlər.

Bütün üçbucaqları birləşdirəndə, böyük bir üçbucaq, yəni pramida yaranır. Piramidanın birləşməməsi dünya hökumətinin qurulmadığını göstərir. Lakin əsas hədəf dünya hökumətini qurmaq və priamidanı yaratmaqdır. Mütəxəssislər dünyada baş verən çevrilişlərin, müharibələrin və xaosun əsas hədəfinin məhz bu olduğunu deyirlər. Təşkilat hələlik hədəfə çatmayıb. Bu isə qarşıdakı dövrdə də müharibələrin və xaosun davam edəcəyini göstərir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/187693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR