Güclü qar Lerikdə dağ kəndlərinə gedən yolu bağladı

Güclü qar Lerikdə dağ kəndlərinə gedən yolu bağladı
09:54 14 Fevral 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Güclü qar Lerikdə fəsadlara yol açıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayon ərazisində qarın qalınlığı 50 sm, dağlıq ərazilərdə isə 70 sm olub. Bu səbəbdən  ucqar dağ kəndlərinə gedən yollar bağlanıb.

 

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, həmin ərazilərə ağır texnikalar cəlb olunub. Qısa müddətdə yolların açılması üçün tədbirlər görülür: “Hazırda Lənkəran-Lerik yolu açıqdır. Həmin ərazilərə təbii qaz, elektrik enerjisi verilməsində problem yaranmayıb, təsərrüfata ziyan dəyməyib”.

 

Qeyd edək ki, yağıntılı hava şəraiti davam edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR