Taekvondoçumuz Türkiyədə çempion oldu

Taekvondoçumuz Türkiyədə çempion oldu
11:14 14 Fevral 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

Antalyada taekvondo üzrə G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günü böyüklərin mübarizəsinə start verilib.

 

Yeniyetmə və gənclərin duelində 7 (1-3-3) medal qazanan Azərbaycan millisi mükafatlarının sırasına daha ikisini əlavə edib. Belə ki, Reza Mehmandostun yetirmələrindən Mikayıl Əliyev (54 kq) yarışın bürünc medalına yiyələnib.

 

68 kq çəki dərəcəsində dayanq üzrərinə çıxan Sina Bəhrami isə rəqib tanımayıb. Bütün görüşlərini qələbə ilə bitirən təmsilçimiz “Turkish Open”in qalibi adına yiyələnib.

 

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR