"Dövlət qulluğuna qəbula etimad yaranıb" - DİM-in sədr müavini

"Dövlət qulluğuna qəbula etimad yaranıb" - DİM-in sədr müavini
11:29 14 Fevral 2017
256 Digər
Ölkə mətbuatı
A- A+

“Görülən mühüm işlər sayəsində dövlət qulluğuna qəbula etimad yaranıb”. Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində deyib. Azərbaycanda dövlət qulluğu sahəsində mühüm işlərin görüldüyünü deyən B. Xəlilov bildirib ki, dövlət qulluğuna qəbulun şəffaf keçirilməsi işində bir çox nailiyyətlər əldə edilib: "Dövlət qulluğu müsabiqəsinə etimadın yaradılmasına nail olunub. Ötən illər ərzində obyektiv və şəffaf fəaliyyəti təmin etmək üçün işlər görülüb. 2006-cı ildən başlayaraq dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi aparılıb".

 

B.Xəlilov deyib ki, dövlət qulluğuna qəbul sistemində ən böyük problemlərdən biri vakant vəzifələrin təqdim edilməməsi idi: “ Dövlət qulluqçularının reyestrinin formalaşdırılması bir çox hesabatlar əldə etməyə imkan verib. Reyestr yaradıldıqdan sonra bütün vakant yerlər sistemdə aydın görünür və onların müsabiqə əsasında tutulmasına şərait yaradılır". DİM-in sədr müavini əlavə edib ki, dövlət qulluqçuları üçün etik davranış qaydaları qəbul ediilib: "Hər bir dövlət orqanında etik müvəkkillər institutu yaradılıb. Dövlət orqanları əməkdaşlarının etik davranışları barədə hesabatlar təqdim edir. Bu nəticələr təhlil edilir”. B. Xəlilov deyib ki, dövlət qulluğuna qəbul sistemində beynəlxalq əməkdaşlıq çox önəmlidir: “ Bu sistemdə dünya təcrübəsini öyrənərək Azərbaycana uyğun olan standartlar ölkəmizdə tətbiq ediləcək. Ümid edirəm ki, nəzərdə tutduğumuz nəticələri əldə edəcəyik”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR