Xalq şairindən deputata və qardaşına SƏRT SÖZLƏR: “Əcdadlarının...”

Xalq şairindən deputata və qardaşına SƏRT SÖZLƏR: “Əcdadlarının...”
16:03 14 Fevral 2017
1932 Digər
Ölkə mətbuatı
A- A+

“Bəxtiyar Vahabzadə yaxşı yaşamaq üçün xalqa turançılıqdan, türkçülükdən şeirlər deyirdi. Bu da onun yaxşı çörək yeməyinə kömək eləyirdi.

Xəlil Rza Ulutürk isə KQB-yə xidmət edib qışqırır ki, ermənilərə lənət olsun. Görmürsən ki, iki xalqı vuruşduran üçüncü imperialist ölkə var? Sən şairsən, ziyalısan, bəs bilmirsən ki, qazdığın xəndəyə xalqın yıxılacaq? Çox təəssüf edirəm ki, onun oğlu Təbriz gedib müharibədə şəhid oldu. Allah rəhmət eləsin. Amma oğlu da atasının qızışdırdığı ədavətin yolunda həlak oldu”.

Картинки по запросу Zərdüşt Əlizadə

Bu sözləri politoloq Zərdüşt Əlizadə lent.az saytına müsahibəsində deyib. Onun bu fikirləri isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Картинки по запросу anar

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Publika.az-a açıqlamasında Z.Əlizadənin fikirləri barədə ilk dəfə bizdən eşitdiyini deyib: “Mən saytları oxumuram. Zərdüşt Əlizadənin dediklərindən xəbərsizəm. Lakin deyə bilərəm ki, onun nə söyləməsindən asılı olmayaraq Xəlil Rza Ulutürk və Bəxtiyar Vahabzadə bizim üçün əzizdir. Onların xatirəsini hər zaman əziz tuturuq”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Z.Əlizadənin istər türkçülük, istərsə də şairlərimiz haqqında fikirlərinin yanlış olduğunu deyib: “Bəxtiyar Vahabzadə yaradıcılığında ictimai problemləri qaldırıb, ikiyə bölünmüş xalqın taleyini yazıb. Quzey Azərbaycan xalqının taleyi, tarixinin elə bir problemi olmayıb ki, Bəxtiyar Vahabzadə qələmindən kənarda qalsın. Zərdüşt Əlizadənin Bəxtiyar Vahabzadəyə dil uzatması, onu gözdən salmaq cəhdi gülüncdür. Bəxtiyar Vahabzadənin təminatlı yaşamasına gəldikdə, bu da doğru yanaşma deyil. Xalq üçün yaşayan adam acından ölməlidir? Nə üçün Zərdüşt Əlizadənin atası Mübariz Əlizadə təminatlı yaşayırdı. Mübariz müəllim “Şahnamə”nin tərcüməsindən külli miqdarda qonorar alıb. Şəxsən mən “Yazıçı” Nəşriyyatında vermişəm bu qonorarı. Bu, onun zəhmətinin nəticəsi idi, halalı olsun. Bəxtiyar Vahabzadə də öz zəhmətinin qarşılığını alıb, ona görə təminatlı yaşayıb. Bəxtiyar müəlliminə kömək üçün hər gün nə qədər insanın müraciət etdiyini şəxsən özüm görmüşəm. O, həmişə insanlara yardımçı olmağa çalışırdı. İkinci məqam, turançılıq və türkçülükdən yazmaq nə əvvəl, nə də indi heç kimə yaxşı yaşamaq təminatı verməyib. Bu gün turançılığa qarşı olanların dünyasıdır, ona görə Zərdüşt və Araz Əlizadə qardaşları o havanı hiss etdiklərinə görə ötən əsrin 30-cu illərindən başlayan türk düşmənçiliyi xəttini davam etdirirlər”.

Картинки по запросу Sabir rüstəmxanlı

S.Rüstəmxanlının fikrincə, B.Vahabzadənin oğlu Təbrizin ölümünü bu cür əsaslandırmaq milli düşüncəli insanlara, şəhidlərə həqarətdir: “Nədənsə bizimkilər səbəbi görmək istəmirlər. Ədavətin səbəbi nə Xəlil Rza, nə Elçibəy, nə də Azərbaycan mili hərəkatı idi. Ədavət Ermənistandan başlamışdı. Bu gün nədənsə ölkəmizdə Ermənistanı günahsız, çıxarmaq istəyən az qala bir ordu yaranıb. Mən iki qonşu xalqın savaşının tərəfdarı deyiləm. Lakin Ermənistanda başlayan hərəkatı unutmaq olmaz. Zərdüşt Əlizadənin xəbəri yoxdur ki, 1991-ci ildə biz Qazaxda erməni ziyalıları ilə görüşlər təşkil edib müharibənin qarşısını almağı düşünürdük. Amma biz fakt qarşısında qaldıq, biz torpaqlarımızın işğalının qarşısını almaq üçün savaşdıq. Zərdüşt Əlizadə özü də hərəkat iştirakçılarından olub. İndi nə üçün milli hərəkata qarşı çıxır? Zərdüşt və Araz Əlizadənin atası mənim müəllimim olub. Özünün də dediyi kimi, Xamnə türk kəndidir. Heç olmasa, atalarının, əcdadlarının bağlı olduğu kəndə hörmət etsinlər. Ümumiyyətlə, onun türkçülük və turançılıq, Nuru paşa ilə bağlı fikirləri çox yanlışdır. Tarixi bilmədən bu barədə danışmaq doğru deyil”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR