Goranboyda 10 otaqlı evdə yanğın olub

Goranboyda 10 otaqlı evdə yanğın olub
19:39 14 Fevral 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

 

Goranboy rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Qaramusalı kəndində ümumi sahəsi 186 m2 olan birmərtəbəli 10 otaqdan ibarət binanın mətbəxində tavanın yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR