“Nokia” əfsanəfi 3310 modelini yenidən istehsal edir

“Nokia” əfsanəfi 3310 modelini yenidən istehsal edir
02:39 15 Fevral 2017
163 Digər
Ölkə mətbuatı
A- A+

“Nokia” brendinə sahib olan Finlandiyanın “HMD Global Oy” şirkəti “Mobile World Congress” sərgisində vaxtilə  məşhur “Nokia 3310” mobil telefon modelinin müasir versiyasını təqdim etməyi planlaşdırır.

 

APA-nın “VentureBeat”a istinadən verdiyi xəbərə görə, 2000-ci illərin əvvəlində məşhur olan telefonun qiyməti 59 avro təşkil edəcək.

 

Şirkətin məlumatında bildirilir ki, nostalji hisslər yaşadacaq “Nokia 3310” müştərilər tərəfindən ikinci telefon kimi əldə ediləcək.    

 

Bundan başqa, sərgidə Nokia 3  (€149), Nokia 5 (€199) və Nokia 6 (€249) smartfon modelləri də təqdim ediləcək.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR