İdxal olunan 34 məhsul gigiyenik tələblərə cavab verməyib

İdxal olunan 34 məhsul gigiyenik tələblərə cavab verməyib
11:49 15 Fevral 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycana idxal olunan məhsullar üzərində daim sanitariya nəzarəti həyata keçirilir. Respublika Sanitariya-Karantin Müfəttişliyinin bu gün keçirdiyi tədbirdə çıxış edən müfəttişliyin laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev bildirib ki, hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında təqdim olunmuş məhsulu müşayiət edən sənədlər araşdırıldıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür. T. Vəliyevin sözlərinə görə, nümunələr müəyyən edilmiş sanitar-epidemioloji qaydalar və normativlərin tələblərində nəzərdə tutulmuş təhlükəsizlik göstəricilərinə görə müayinə edilir: “ Müayinələrin nəticələri bu normativlərin tələblərinə cavab verərsə, məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir. Məhsulun laborator müayinələrinin nəticələri həmin normativlərin tələblərinə cavab vermədiyi halda müvafiq tədbirlər görülür. Məhsulların dövlət gigiyena qeydiyyatına alınması zamanı istər gömrük-sərhəd keçidlərində, istərsə də respublika daxilində gecikmə hallarına yol verilmir”. T.Vəliyev onu da deyib ki, müfəttişliyin laboratoriya şöbəsinin 2016-cı il ərzində sanitar-kimyəvi bölməsində 10460 müayinə, sanitar-bakterioloji bölməsində 6674 müayinə, toksikoloji bölməsində isə 4802 müayinə aparılıb: “Onlardan 1 nümunə (toyuq dərisi) sanitar-kimyəvi müayinələrə, 28 nümunə (ət, süd və konservləşdirilmiş məhsullar) sanitar-bakterioloji müayinələrə, 5 nümunə (uşaq oyuncaqları, makiyaj vasitəsi – pomada, efir yağları) toksikoloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib. Bu məhsullardan təkrar nümunələr götürülərək müayinələr aparılıb. Nəticələri sanitar norma və qaydaların tələblərinə cavab verməyən məhsullar gigiyena qeydiyyatına alınmayıb. Bundan başqa, ötən il laboratoriya şöbəsinin həkimləri tərəfindən respublikadan ixrac olunan məhsullar üzrə 68 dozimetrik müayinə aparılıb”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR