“Second hand” dükanlarına nəzarət yoxdur- Sanitariya-Karantin Müfəttişliyi

“Second hand” dükanlarına nəzarət yoxdur- Sanitariya-Karantin Müfəttişliyi
12:44 15 Fevral 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fəaliyyət göstərən “second hand” dükanlarına nəzarət yoxdur. Lent.az-ın məlumatına görə, bunu Respublika Sanitariya-Karantin Müfəttişliyinin Sanitar Gigiyena şöbəsinin müdiri Saleh Novruzi bildirib. S. Novruzi deyib ki, əvvəllər ölkəyə gətirilən “ikinci əl” paltarlarına Sanitariya-Karantin Müfəttişliyi tərəfindən nəzarət həyata keçirilirdi, amma 2016-cı ildə Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na geyinilmiş paltarlar daxil edilmədiyindən hazırda bu geyimlərə müfəttişlik tərəfindən nəzarət edilmir.

 

Qurum rəsmisi deyib ki, Azərbaycana “ikinci əl” geyimlər əsasən Niderlanddan gətirilir: “Bütün Avropadan olan geyimlər yığılaraq Niderlanddakı böyük bir paltar bazasında toplanır. Orada müvafiq dezinfeksiya işləri aparılandan sonra istifadəyə və satışa verilir. Bu paltarlar Azərbaycanla yanaşı, Avropanın bəzi inkişaf etmiş ölkələri, Yaxın Şərq, Asiya ölkələrinə də göndərilir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR