307 nəfər tələbə xarici ölkələrdəki məktəblərə köçürülmək istəyir

307 nəfər tələbə xarici ölkələrdəki məktəblərə köçürülmək istəyir
14:59 15 Fevral 2017
172 Digər
Ölkə mətbuatı
A- A+

 

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi  məqsədilə elektron sənəd qəbulu başa çatıb.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, 6-14 fevral tarixlərində keçirilən sənəd qəbulu zamanı transfer.edu.az elektron portalına 2076 nəfər müraciət edib. Onlardan 497 nəfər köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 68 nəfər müraciətindən imtina edib. 307 nəfər tələbə Azərbaycanın, 122 tələbə isə  xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib.

 

Bildirək ki, 2016-2017-ci tədris ilindən tələbələrin köçürülməsində tətbiq olunan yeniliyə əsasən orta ixtisas təhsili müəssisələri tələbələrinin də transfer.edu.az elektron portalı vasitəsilə köçürülməsinə başlanılıb. Bu təhsil müəssisələrinin 280 nəfər tələbəsi bu portala müraciət edib ki, onlardan 104 nəfər sorğularını təsdiq edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR