Kim Çen İnin qardaşını öldürməkdə şübhəli bilinən qadın saxlanıldı

Kim Çen İnin qardaşını öldürməkdə şübhəli bilinən qadın saxlanıldı
15:39 15 Fevral 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

 

Şimali Koreyanın başçısı Kim Çenin İnın qardaşını öldürməkdə şübhəli bilinən qadın saxlanılıb.

Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, Kim Çen Namın qətlində şübhəli bilinən qadın hadisənin baş verdiyi Malayziyanın paytaxtı Kuala Lumpurda hava limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qadının üzərində axtarış zamanı ondan Vyetnam pasportu çıxdığı bildirilib. Həmçinin qadının təhlükəsizlik kameralarında olan görüntüləri də araşdırılır.

Cənubi Koreya təhlükəsizlik xidməti yaydığı məlumatda Şimali Koreya başçısının 2012-ci ildən bu yana qardaşına sui-qəsd təşkil etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Kim Çen Nam bazar ertəsi səhər saatlarında öldürülüb. Onu Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında iki qadın zəhərləyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR