Monteneqroda yerli sakinlərlə miqrantlar arasında kütləvi dava: yaralılar var

Monteneqroda yerli sakinlərlə miqrantlar arasında kütləvi dava:  yaralılar var
06:34 16 Fevral 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Monteneqronun paytaxtı Podqoritsa şəhəri yaxınlığında yerli sakinlərlə miqrantlar arasında kütləvi dava baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, münaqişə miqrantların məskunlaşdığı Spuj qəsəbəsində qeydə alınıb.

 

İnsident nəticəsində Pakistan vətəndaşı ağır kəllə-beyin travması, daha bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb. Polis kütləni dağıtmaq üçün havaya atəş açmaq məcburiyyətində qalıb. Hadisənin baş verməsinə görə tərəflər bir-birilərini ittiham edirlər. Faktla bağlı polis araşdırma aparır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR