Bakıda 8 otaqlı evdə yanğın olub

06:02 7 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 05:55 ]


Bakı-APABakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.  APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin lambirdən ibarət tavanı 15 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR