“Unibank”ın Müşahidə Şurasına sədr müavini seçilib

“Unibank”ın Müşahidə Şurasına sədr müavini seçilib
15:07 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ “Unibank” ASC-nin səhmdarlarının fevralın 15-də növbədənkənar ümumi yığıncağı keçirilib. 
“Report”un əldə etdiyi məlumata görə, yığıncaqda Bankın Müşahidə Şurasına (MŞ) sədr müavini seçilib.
Bu vəzifəyə MŞ-nın üzvü Emin Quliyev gətirilib. Onun yerinə isə təyinat olmayıb. 
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unibank-in-musahide-surasina-sedr-muavini-secilib-ekskluzi-v

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR