Nalbandyan həmsədrlərlə Qarabağı müzakirə etdi

Nalbandyan həmsədrlərlə Qarabağı müzakirə etdi
23:14 16 Fevral 2017
154 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Münhendə ATƏT Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) ilə görüşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub.  

 

Görüşdə tərəflər qeyd ediblər ki, dinc yolla nizamlanma prosesinin irəliləməsi üçün lazım olan  şəraitin yaradılmasından ötrü Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların reallaşdırılması zəruridir.

 

Görüşdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR