Goranboyda yolu süpürən qadını maşın vurub

Goranboyda yolu süpürən qadını maşın vurub
23:47 16 Fevral 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhər saatlarında Goranboyda yolda təmizlik işləri aparan qadını maşın vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, 1958-ci il təvəllüdlü rayon sakini Rahilə Nağıyevanı vuran nəmalum avtomobil hadisə yerindən qaçıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən R.Nağıyevanın vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR