Vander Kruysen: "Belçikada yeganə Azərbaycan abidəsinin Vaterlooda yerləşməsi fərəhvericidir"

Vander Kruysen: "Belçikada yeganə Azərbaycan abidəsinin Vaterlooda yerləşməsi fərəhvericidir"
00:32 17 Fevral 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Belçikanın fransız dilli “La Capitale” qəzetinin rəsmi internet səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Belçika səfəri çərçivəsində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət etmək üçün Vaterloo şəhərinə etdiyi səfər barəsində məqalə dərc edilib.
Azərbaycanın Belçikadakı səfirliyindən “Report”a verilən məlumata görə, “Visite surprise et express du président azéri à Waterloo” (Azərbaycan Prezidentinin Vaterlooya gözlənilməz səfəri) başlıqlı məqalədə İlham Əliyevin Belçikaya səfərinin məqsədi barədə oxuculara qısa məlumat verilir, abidənin tarixinə nəzər salınır.
Qeyd olunur ki, abidənin ucaldılması Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Yazıda, Vaterloo şəhər bələdiyyəsi sədrinin birinci müavini İv Vander Kruysenin Belçikada yeganə Azərbaycan abidəsinin məhz Vaterlooda yerləşdiyini böyük fərəh hissi ilə diqqətə çatdırdığı xüsusi vurğulanır.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/vander-kruysen-belcikada-yegane-azerbaycan-abidesinin-vaterlooda-yerlesmesi-ferehvericidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR