Həmsədrlər bəyanat verdi

Həmsədrlər bəyanat verdi
03:49 17 Fevral 2017
151 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə təkbətək və birgə görüşüblər. Görüşdə ATƏT-in Hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

 

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, həmsədrlər nazirlərlə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə ediblər. Onlar münaqişənin dinc yolla həllinə alternativin olmadığını bir daha  təsdiqləyərək, tərəfləri təmkinliyə, bəyanatlarında isə əhalini sülhə hazırlamağa çağırıblar. Həmsədrlər tərəfləri hərbi əməliyyatlara son qoyulmasının əsasını təşkil edən atəşkəsə dair 1994/95-ci il tarixli razılaşmalara riayət etməyə çağırıblar.     

 

Həmsədrlər prezidentlərin Dovildəki birgə bəyanatlarını xatırladaraq, gücdən istifadənin yalnız əzab gətirəcəyini qeyd ediblər. Həmsədrlər Vyana və Sankt-Peterburqda keçiriləm yüksək səviyyəli görüşlərdə əldə olunan razılaşmaların icrası üçün görüləcək tədbirlərə dair tərəflərlə fikir mübadiləsi aparıblar.

 

Həmsədrlər nazirlərə çeviklik nümayiş etdirmək və mümkün qədər tez zamanda dayanıqlı həllə nail olmaq üçün hərtərəfli danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıblar. Həmsədrlər Ermənistan hakimiyyətinin Azərbaycan hərbçisinin meyitinin qaytarılması ilə bağlı son qərarını yararlı humanitar jest kimi qiymətləndiriblər. (Yenilənir). 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR