Trampın müşaviri olmaqdan imtina etdi

Trampın müşaviri olmaqdan imtina etdi
06:59 17 Fevral 2017
151 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi-Dəniz Qüvvələrinin vitse-admiralı Robert Harvard  prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri postundan imtina edib.

 

Bu barədə APA “Financial Times”-a istinadən xəbər verir.

 

Məlumata görə, Tramp Harvardı dilə tutmaq məqsədi ilə Ağ Evə dəvət edib.  

 

Qeyd olunan vəzifəyə digər namizədlər ehtiyatda olan general Kit Kelloq və MKİ-nin sabiq rəhbəri Devid Petreusdur.  

 

Qeyd edək ki, Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flin bazar ertəsi axşam saatlarında istefa verib. İstefa ərizəsində o, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə təmasları barədə Ağ Evə tam məlumat vermədiyini etiraf edib. 

 

Bundan əvvəl bildirilmişdi ki, Flin 2016-cı ilin dekabrında Sergey Kislyakla Rusiyaya qarşı tətbiq olunan sanksiyaları müzakirə edib. Trampın komandası o zaman bu məlumatları təkzib etmişdi.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR