Həmsədrlər gələn ay regiona səfər edəcəklər

Həmsədrlər gələn ay regiona səfər edəcəklər
10:14 17 Fevral 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

“Həmsədrlər 2017-ci il 20 fevral tarixində Dağlıq Qarabağda konstitusiyaya dair qondarma "referendum"un keçirilməsinin planlaşdırıldığı barədə məlumatlıdırlar”.

 

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Münhendə keçirilən təkbətək və birgə görüşünün yekunlarına dair bəyanatında  bildirilib. Bəyanatda qeyd olunub ki, həmsədrlər, Dağlıq Qarabağın de-fakto hakimiyyətinin bu prosedurdan əhalinin ictimai həyatını formalaşdırmaq cəhdi kimi istifadə etdiyini qeyd etsələr də, bir daha vurğulayırlar ki, Ermənistan və Azərbaycan da daxil olmaqla, heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımır: “Buna görə də həmsədrlər 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmirlər. Həmsədrlər qeyd edirlər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir. Həmsədrlər cari ilin mart ayında regiona səfər etməyi planlaşdırırlar".  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267856

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR