"62 uşaq, 262 qadın, 302 qoca itkin düşüb" - DÖVLƏT KOMİSSİYASI

"62 uşaq, 262 qadın, 302 qoca itkin düşüb" - DÖVLƏT KOMİSSİYASI
13:19 17 Fevral 2017
142 Digər
Ölkə mətbuatı
A- A+

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3868 nəfər itkin, 1437 nəfər əsir və girovluqdan azad olmuş şəxs kimi qeydiyyata alınıb.

 

APA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Nailə Dadaşova deyib.

 

O bildirib ki, itkin düşmüş şəxslərin 3123-ü hərbçi, 745-i mülki şəxsdir. Onların 62-si uşaq, 262-i qadın, 302 nəfəri qocalardır.

 

N. Dadaşova qeyd edib ki, əsir və girovluqdan azad edilmiş 1437 nəfərin 351 nəfəri hərbçi, 1086 nəfəri mülki şəxsdir: "Əsir və girovluqdan azad olunaraq geri qaytarılanların 50 nəfəri, itkin düşənlərin 26 nəfəri Qaradağlıdandır".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR