Prezident Münhendə Vitali Kliçko ilə görüşüb - FOTOLENT

Prezident Münhendə Vitali Kliçko ilə görüşüb - FOTOLENT
13:44 17 Fevral 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 17-də Prezident İlham Əliyevin Münxendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşü olub.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, görüşdə  Vitali Kliçko ölkələr arasında qədim tarixə malik dostluq münasibətlərinin olduğunu deyib. Ukraynada çoxlu sayda Azərbaycan diasporunun nümayəndələrinin yaşadığını deyən Kiyevin meri mütəmadi olaraq onlarla görüşlərin keçirildiyini diqqətə çatdırıb.

 

Ölkələr arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı biznes maraqlarının olduğunu deyən Vitali Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğulayıb, şirkətin və Azərbaycan diasporunun nümayəndələrinin Ukraynanın inkişafına mühüm töhfə verdiyini bildirib. Mer Kiyevdə Heydər Əliyevin adını daşıyan parkın şəhərin ən nümunəvi məkanlarından birinə çevrildiyini deyib.

 

Prezident İlham Əliyev Kiyevin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu, onun tarixi hissəsinin qorunmasının və şəhərin inkişafının böyük diqqət tələb etdiyini vurğulayıb, Bakı və Kiyev meriyaları arasında münasibətlərin möhkəmləndirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən danışıb.  Azərbaycan diasporunun Ukraynanın inkişafına töhfə verdiyini bildirən dövlət başçısı ölkələr arasındakı dostluq münasibətlərinin möhkəmləndiyini, Ukraynanın Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edib.

 

Bundan başqa, Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan dövlət başçısı fevralın 17-də Münxendə “MAN SE” şirkətinin baş icraçı direktoru Yoaxim Dris ilə də görüşüb.

Görüşdə Yoaxim Dris Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkədə irimiqyaslı layihələrin həyata keçirildiyini, nəqliyyat dəhlizləri ilə bağlı gedən proseslərdən məmnun qaldıqlarını, respublikada fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

 

Prezident İlham Əliyev son illərdə Azərbaycanda müxtəlif sahələrdə yeniləşmə işlərinin aparıldığını, ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğulayıb. Dövlət başçısı əməkdaşlıq imkanlarının araşdırılması üçün “MAN SE” şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət edib. 

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR