Ötən il 13 min nəfər boşanıb

Ötən il 13 min nəfər boşanıb
17:24 17 Fevral 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Keçən il ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66,8 min nikah və 13,1 min boşanma halları qeydə alınıb.

Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda deyilir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

 

Bundan başqa, 2016-cı ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3,2 min nəfər gələn və 1,7 min nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR