İrandan ABŞ-a sərt reaksiya: “Nüvə razılaşmasına yenidən baxılmayacaq”

İrandan ABŞ-a sərt reaksiya:  “Nüvə razılaşmasına yenidən baxılmayacaq”
01:29 18 Fevral 2017
199 Digər
Ölkə mətbuatı
A- A+

Hər hansı bəyanata baxmayaraq, İranın nüvə proqramı üzrə razılaşma qüvvədə qalacaq.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

 

“Fikrimcə, ABŞ ekspertləri daxil olmaqla, hamı bilir ki, razılaşma bütün tərəfləri qane edir. Tək İranı yox, ABŞ-ı da”, deyə Zərif bildirib.

 

Onun sözlərinə görə, nüvə proqramına dair razılaşma diplomatiyanın məcburiyyət üzərində qələbəsidir. “Çünki məcbur etmə artıq işləmir”, deyə İran XİN rəhbəri vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR