Bakıda "VAZ" dirəyə çırpıldı, sürücü yaralandı

Bakıda "VAZ" dirəyə çırpıldı, sürücü yaralandı
05:49 18 Fevral 2017
137 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

 

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:06-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR