Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında - FOTOLAR

Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında - FOTOLAR
08:08 18 Fevral 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 17-də 53-cü Münxen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.

Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.

Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparırlar.

53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR