Yollar buz bağlayacaq, şaxta olacaq - BAZAR HAVASI

Yollar buz bağlayacaq, şaxta olacaq - BAZAR HAVASI
12:09 18 Fevral 2017
223 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 5-9° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 5-7° isti olacaq.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə dumanolacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-10° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR