Tanınmış hüquqşünas “xüsusi oturacaq” cəriməsinə SON NÖQTƏni qoydu

Tanınmış hüquqşünas “xüsusi oturacaq” cəriməsinə SON NÖQTƏni qoydu
13:59 18 Fevral 2017
215 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Tanınmış hüquqşünas Ərşad Hüseynov bu həftə əsas müzakirə mövzularından olan maşınların arxa oturacaqlarında 12 yaşadək uşaqların xüsusi oturacaq olmadan daşınmasının cərimələnib-cərimələnməcəyi barədə məsələyə son nöqtəni qoyub.

 

Lent.az xəbər verir ki, o, bu barədə özünün feysbukdakı hesabında qeyd paylaşıb:

 

"Bir daha vurğulayıram ki, qanunvericilikdə bu mövzuda heç bir yenilik yoxdur, yaxın gələcəkdə də gözlənilmir. Hazırkı vəziyyət də belədir:

1. Yalnız minik avtomobilində qabaq sərnişin yerində 12 yaşadək uşağı xüsusi oturacaq olmadan tək və ya böyük adamın qucağında aparmağa görə sürücü 60 manat cərimə olunur və ona 3 cərimə balı tətbiq edilir. Bu, sovet dövründən belədir (sadəcə cərimə məbləği dəyişib).

2. Minik avtomobilinin arxa oturacaqlarında uşaqların xüsusi oturacaqda daşınması məcburi deyil. Deməli, xüsusi oturacaq olmadan arxa oturacaqda tək uşaq aparmağa, yaxud böyüklərin qucağında uşaq aparmağa görə heç kəs məsuliyyətə cəlb edilə bilməz.

3. Nə YÜK avtomobilində, nə də AVTOBUSDA (o cümlədən mikroavtobusda) yaşından asılı olmayaraq uşağın xüsusi oturacaqda daşınması məcburi deyil. Özü də istər YÜK avtomobilinin və mikroavtobusun qabaqdakı oturacaqları olsun, istərsə də salondakı fərq etmir:

4. Minik avtomobilinə dair 1-ci bənddə yazdığım tələb eynən taksilərə də aiddir, çünki bütün taksilər minik avtomobilləridir.

Bu söhbəti kim başqa cür yozmağa çalışırsa, onun qanundan xəbəri yoxdur. Xahiş edirəm, hər adamın danışdığını ciddi qəbul etməyəsiniz. Hər şeyin cavabı qanundadır, qanundan kənar danışılanlar nağıldır".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR