Azərbaycan Premyer Liqasında XIX turun açılış oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqasında XIX turun açılış oyununda qalib müəyyənləşməyib
17:42 18 Fevral 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib. 
"Report"un məlumatına görə, açılış oyununda "İnter"lə "Zirə" üz-üzə gəlib.
Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 40-cı dəqiqədə qonaqlar açıb. Təmkin Xəlilzadənin cinah asmasından sonra Denis Silva topu öz qapısına göndərib. Meydan sahibləri bərabərlik qolunu 47-ci dəqiqədə vurub. Rauf Əliyev qapıçı ilə təkbətəkdən fərqlənib.
74-cü dəqiqədə "Zirə"nin qapıçısı Anar Nəzirov cərimə meydançasından kənarda əllə oynadığı üçün qırmızı vərəqə alıb. Lakin "İnter" say üstünlüyündən yararlana bilməyib. Beləliklə, "Zirə" ardıcıl 3-cü matçında qələbəyə həsrət qalıb. Amma Ayxan Abbasovun baş məşqçi olduğu komanda ən azı bir günlük 23 xalla 4-cü pilləyə yüksəlib. "İnter" isə 33 xalla 3-cü pillədə qalıb.
Qeyd edək ki, günün növbəti matçında "Neftçi" "Kəpəz"i qəbul edəcək. Görüş saat 18:00-da başlanacaq. Fevralın 19-da isə "Sumqayıt" - AZAL və "Qəbələ" - "Qarabağ" qarşılaşmaları oynanılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-xix-turun-acilis-oyununda-qalib-mueyyenlesmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR