Poroşenko Putinin fərmanını şərh etdi

Poroşenko Putinin fərmanını şərh etdi
03:29 19 Fevral 2017
208 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyot Poroşenko Rusiyanın Donbasdakı separatçı rejimin əhaliyə verdiyi sənədləri tanımasına münasibət bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Poroşenko qeyd edib ki, bu, beynəlxalq hüququn Rusiya rəhbərliyi tərəfindən pozulmasına sübutdur.   

 

“Bu, Rusiyanın beynəlxalq hüququ pozmasının və işğal törətməsinin növbəti təsdiqidir”, - deyə o qeyd edib.

 

Rusiya Ukraynanın Donbas bölgəsindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb. Rusiya prezidenti Vladimir Putin  bununla bağlı fərman imzalayıb.     


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR