Lavrov və Mogerini Donbası müzakirə etdilər

Lavrov və Mogerini Donbası müzakirə etdilər
04:49 19 Fevral 2017
179 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya XİN rəhbəri Sergey Lavrov və Aİ diplomatiya rəhbəri Federika Mogerini Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Mogerini Aİ-nin Minsk razılaşmalarının tam icrasını dəstəklədiyini, “Normand dördlüyü” və ATƏT-in bu işə cəlb olunmasının vacibliyini qeyd edib.  

 

Lavrov və Mogerini həmçinin Liviya və Əfqanıstanda vəziyyəti, Yaxın Şərqdə dinc nizamlanmanın dəstəklənməsi və İranın nüvə razılaşmasının qüvvədə saxlanılmasına dair məsələləri  müzakirə ediblər.  

 

Yekunda diplomatlar Suriyadakı vəziyyəti müzakirə ediblər və yaxın həftələrdə qeyd olunan məsələlər üzrə sıx təmasda olacaqlarına dair razılığa gəliblər.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR