Ronaldo: ""Barselona" danışıqlarda adamı yoldan çıxara bilir"

Ronaldo: ""Barselona" danışıqlarda adamı yoldan çıxara bilir"
13:52 19 Fevral 2017
141 İdman
Ölkə mətbuatı
A- A+

Əfsanəvi futbolçu Ronaldo Nazario "Marca" nəşrinə "Barselona"da çıxış etdiyi vaxtlardan danışıb. Milli.az goal.az-a istinadən xəbər verir ki, 40 yaşlı sabiq futbolçu bunları deyib:

""Barselona" karyeram gözəl alındı. Klubda uzun müddət qalmaq mümkün olmadı. Mənim günahım olmasa da, "Barselona"da oynamağa davam edə bilmədim. Mövsümün sonuna 1 ay qalmış yeni müqavilə imzalamaq barədə razılığa gəlmişdik. Amma 1 həftə sonra klubun prezidenti və hüquqşünası qərar verdi ki, bu müqavilə absurd olacaq. Məni 29 milyon ödəyən istənilən kluba satmaq qərarına gəldilər. "Barselona" indinin özündə belə yeni müqavilə imzalamaq üçün insanı yoldan çıxara bilir. Neymarla olduğu kimi. Hələ də anlaya bilmirəm ki, həmin vaxt nə baş verdi. Ciddi məsələlər çoxdur. Kimsə bunlara görə cavab verməli olacaq".

Ronaldo 1996-97-ci ildə "Barcelona"da 34 qol vurduqdan sonra "İnter"ə transfer olunmuş və 5 il Milan klubunun şərəfini qorumuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR