Nişanlı cütlüyün başına pəncərə düşdü - FOTO

Nişanlı cütlüyün başına pəncərə düşdü - FOTO
14:54 19 Fevral 2017
336 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Əskişəhər şəhərində bədbəxt hadisə baş verib. Lent.az Habertürk-ə istinadən xəbər verir ki, küçədə yeriyən nişanlı cütlüyün başına pəncərə düşüb. Binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsinin yerindən çıxıb küçəyə düşməsi zamanı Qəmzə Kara adlı qız başından ağır xəsarət alıb. Onun nişanlısı Ersin Akbulut isə yüngül zədələrlə canını qurtarıb.

 

 

Bildirilir ki, başına pəncərə düşən cütlük toya hazırlaşırmış və hadisə vaxtı alış-verişə gedirmiş.

 

 

Reanimasiya şöbəsinə yerləşdirilən qızın həyatına təhlükə qalmaqdadır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR