Gəncədə “VAZ”la “Mercedes” toqquşdu - 1 yaralı

Gəncədə “VAZ”la  “Mercedes” toqquşdu - 1 yaralı
21:54 19 Fevral 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

 

“VAZ21011” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Samux rayon sakini, 1992-ci il təvəllüdlü İmanov Mehdi bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR