Kiyevdə toqquşmalar: 11 yaralı

23:34 19 Fevral 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın paytaxtı Kiyevdə polislə etirazçılar arasında toqquşma baş verib.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Kiyev şəhərinin polis rəisi Andrey Krişşenko bildirib.

 

Onun sözlərinə görə, insident nəticəsində 1  polis əməkdaşı xəsarət alıb, 5 etirazçı saxlanılıb. “112 Ukrayna” 10 etirazçının müxtəlif dərəcəli xəsarət alması barədə məlumat yayıb.

 

Bundan əvvəl Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Petro Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar. Hazırda Kiyevdə vəziyyət sakitdir. Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR