Ombudsman Milli Məclisdə HESABAT VERƏCƏK

Ombudsman Milli Məclisdə HESABAT VERƏCƏK
11:39 20 Fevral 2017
131 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın fəaliyyəti ilə bağlı illik hesabatının tarixi məlum olub.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, Ombudsman E. Süleymanova martın 7-də parlamentdə illik hesabatını təqdim edəcək.

 

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna görə Ombudsman 7 ildən bir seçilir və bu ilin martında E. Süleymanovanın fəaliyyət müddəti başa çatır. Bu onun 7 illik səlahiyyət müddətinin sonuncu illik hesabatı olacaq.

 

E. Süleymanovanın növbəti müddət üçün namizədliyinin verilməyəcəyi bildirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR