Türkiyədə kafeyə silahlı basqın: 5 yaralı

Türkiyədə kafeyə silahlı basqın: 5 yaralı
04:19 21 Fevral 2017
154 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində kafeyə silahlı basqın edilib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, 5 nəfər yaralanıb. Hadisə Fatih rayonunda baş verib. Məlumata əsasən, motosikletlə kafeyə gələn iki nəfər burada oturan bir qrup şəxsə atəş açıb. Silahlı şəxslər daha sonra motosikletə minərək uzaqlaşıblar. Hadisə yerinə polis və tibbi tardım işçiləri cəlb olunub.

 

Güllə yarası alan 5 nəfər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR