“VAZ“lar toqquşdu, yaralananlar var

“VAZ“lar toqquşdu, yaralananlar var
22:24 21 Fevral 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda iki sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində gedən yolda qeydə alınıb. “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində hər iki avtomoiblin sürücüsü, rayon sakinləri, 1975-ci il təvəllüdlü Arif Qasımov və 1990-cı il təvəllüdlü Musa Nağıyev müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR