İstanbulda yaşayan Ayan yeni biznes qurub - VİDEO

Müğənni Ayan Babakişiyeva “O yerdəyəm” adlı yeni mahnı səsləndirib. 

Metbuat.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi Xanım İsmayılqızına məxsusdur. Yeni işindən danışan A.Babakişiyeva sevənlərinə sürpriz etdiyini deyib:

“Üç illik fasilədən sonra Xanım İsmayılqızı ilə işbirliyimiz oldu. Düşünürəm ki, onunla işimiz bundan əvvəl sənətimdə necə dönüş edibsə, indi də elə olacaq. Həm Xanım İsmayılqızının, həm də mənim ürəyim dolu idi. Məlum səbəblərdən o da uzun müddətdir mahnı yazmırdı, yaradıcılığına fasilə vermişdi. Onunla çalışmaq üçün darıxmışdım. Mahnını Bakıya sonuncu səfərim zamanı oxudum. Ötən gün hazır oldu və mənə göndərdilər”.

Uzun müddətdir İstanbulda yaşayan A.Babakişiyeva mahnısına İstanbulda yaratdığı prodakşn tərəfindən klip çəkdirəcəyini də açıqlayıb. 

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR