Xanım deputat arıqlamasının sirrini açıqladı - REPORTAJ

Xanım deputat arıqlamasının sirrini açıqladı - REPORTAJ
11:39 22 Fevral 2017
152 Digər
Ölkə mətbuatı
A- A+

Onunla dəfələrlə Milli Məclisdə görüşsək də, bu dəfə daha sərbəst ortamda bir araya gəldik. Mövzunu öyrəndikdən sonra bizi evinə dəvət etdi.
 
Media ilə isti münasibətləri ilə seçilən millət vəkili Jalə Əliyevanın son günlər zahiri görünüşündəki ciddi dəyişikliklər, həddindən artıq arıqlaması yəqin ki, çoxlarının diqqətindədir.
 
Görəsən, nə baş verir? Bəlkə millət vəkilimiz hansısa bir xəstəliyə tutulub? Köklükdən əziyyət çəkən xanımları ən çox maraqlandıran isə "görəsən, necə arıqlayıb?" suallarıdır.
 
Jalə xanımın çəki atmadan  öncəki  fotolarından da bu dəyişikliyin nə qədər doğru olduğunun şahidi oldunuz. Elə söhbətimizə də bununla başladıq: "30 kiloqram çəki atmışam. Tam səmimi deyim ki, dəfələrlə dieta saxlamışam. Son 20-25 ildə çəkimdə dalğavari qalxmalar və enmələr olub. Bəzən olub ki, keyfiyyətli nəticəsini görmüşəm. Amma çox qısa müddətdə də əks nəticəsini, yəni itirilmiş çəkinin yenidən geri qayıtması problemi də yaşamışam".
 
Məhz bu səbəbdən Jalə Əliyeva daha ciddi qərar verir və bir daha əvvəlki çəkisinə qayıtmamaq üçün bəzi şərtlərə ciddi əməl edir. "Sağlam çəkiyə nail olmaq böyük bir iradə tələb edir" - deyən Jalə xanım artıq uzun müddətdir axşam saatlarında yemək yemir. Xanım millət vəkilinin plastik əməliyyat keçirib-keçirməməsi ilə də maraqlandıq:
 
- Mədə kiçiltməsi?
 
 - Yox. O əməliyyatla maraqlandım. Mütəxəssislər dedilər ki, bunun üçün müəyyən indeks lazımdır. Yəni göstərilən bədən indeksini sənin kilon aşmırsa,  onda məsuliyyətli həkimlər bu əməliyyata yaxın durmurlar. Dedilər ya get bədən indeksin 35-i keçsin, kökəl gəl, ya da... Mən də buna risk eləmədim.
 
Jalə Əliyeva deyir ki, 2015-ci ilik ilk ayından başlayaraq yerli və fransız dietoloqun dieta proqramı ilə arıqlamağa başlayıb. Yağlı və xəmir xörəkləri tamamilə menyüdən çıxarıb. Az-az və tez-tez qidalanır. Çörəkdən isə ümumiyyətlə, istifadə etmir: "Hər axşam o, mənə internet vasitəsilə xüsusi bir proqram yazıb göndərirdi. Və bu şəkildə də yola çıxdıq. Daha çox tərəvəzlə və qaynadılmış ət məhsulları ilə qidalanıram. Balıq, yumurta, son vaxtlar qırmızı əti də menyümdən çıxarmışam".
 
Səmimi söhbətimizi çay süfrəsi arxasında yekunlaşdırdıq. Hər bir xanıma sağlam və xoşbəxt yaşam diləyi ilə!


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR