Kənd sakini canavarı boğub öldürdü - VİDEO

Kənd sakini canavarı boğub öldürdü - VİDEO
12:34 22 Fevral 2017
473 Digər
Ölkə mətbuatı
A- A+

Salyanda qoyun sürüsünə hücum çəkən canavar kənd sakini ilə qarşılaşıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, canavarla əlbəyaxa olan kənd sakini onu boğaraq öldürüb.
 
Hadisə bu gün səhər saatlarında Salyan rayonunun Quyçu kəndində baş verib. 36 yaşlı kənd sakini Vüsal Abbasov səhər saatlarında qoyunları otarmaq üçün örüş sahəsinə buraxıb. Üstündən heç yarım saat keçməmiş uzaqdan canavarın qoyun sürüsünə doğru gəldiyini görüb. O, qoyunları canavardan xilas etmək məqsədilə tez özünü irəli verib. Bu zaman canavar qoyun sürüsünə deyil, Vüsal Abbasovun üstünə hücum edib. Bu an yanındakı itlər də Vüsalın köməyinə çatıb. İtlərin köməyi ilə o, canavarı boğaraq öldürüb.
 
Vüsal canavarla 15-20 dəqiqə əlbəyaxa olub. Maraqlısı odur ki, bu savaşda Vüsal Abbasov heç bir xəsarət almayıb.
 
Bu kənddə canavarların hücumu birinci dəfə deyil. Bir həftə ərzində canavarlar bir neçə baş atı parçalayaraq sahiblərinə ciddi ziyan vurub.
 
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR