Paytaxt sakini evinin eyvanından yıxılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, fevralın 21-də Yasamal rayonu ərazisində yaşayan 83 yaşlı Zemfira Hacızalova ehtiyatsızlığı nəticəsində evinin eyvanından (3-cü mərtəbə) yıxılıb.

Xəstəxanaya yerləşdirilən Z.Hacızalova orada ölüb.

Araşdırma aparılır.