Türkiyədən nəql olunan xam neftin yarıdan çoxu BTC-nin payına düşür

Türkiyədən nəql olunan xam neftin yarıdan çoxu BTC-nin payına düşür
13:59 22 Fevral 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

BOTAŞ şirkəti 2016-cı ildə Türkiyə ərazisindən keçən 4 boru xətti ilə nəql olunan neftin həcmini açıqlayıb. "APA-Economics" "Hürriyyet" qəzetinə istinadən xəbər verir ki, ötən il bu boru xətləri ilə ümumilikdə 498 mln. 864 min barel xam neft nəql olunub.

 

Nəql olunan neftin 50,9%-i və ya 253 mln. 976 min bareli Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin payına düşüb. Onu da qeyd edək ki, 2015-ci illə müqayisədə BTC ilə daşınan xam neftin həcmi 3,1% azalıb.

 

Ümumilikdə, 2015-ci illə müqayisədə ötən il İraq-Türkiyə, Ceyhan-Kırıkkale, Batman-Dördyol və BTC boru xətləri ilə daşınan xam neftin həcmi 1,2% azalıb. Qeyd edək ki, 2015-ci ildə bu kəmərlərlə 505 mln. 320 min barel xam neft nəql edilib.
 

Bundan başqa, İraq-Türkiyə boru xətti ilə ötən il 189 mln. 439 min barel, Ceyhan-Kırıkkale boru xətti ilə 35 mln. 357 min barel xam neft daşınıb. Batman-Dördyol boru xətti ilə dünya bazarlarına çıxarılan neftin həcmi isə 20 mln. 92 min barel təşkil edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR