Yardımlıda ev kül oldu

09:47 7 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

Yardımlı rayonu, Şəfəqli kəndində vətəndaşa məxsus, ümumi sahəsi 120 kv.m olan kürsülü, birmərtəbəli 4-otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Milli.Az FHN-in saytına istinadən bildirir ki, yaxınlıqda olan digər vətəndaşa məxsus, ümumi sahəsi 60 kv.m olan tövlənin çardağına yığılmış 2,5 ton ot bağlamasının 500 kiloqramı da yanıb. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR