Aşıq Vüqar Filarmoniyada konsert verəcək

Aşıq Vüqar Filarmoniyada konsert verəcək
09:14 23 Fevral 2017
225 Digər
Ölkə mətbuatı
A- A+

Aşıq Vüqar Filarmoniyada konsert verəcək

 

Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Vüqar may ayında Filarmoniyada konsert verəcək.

 

Bu barədə Lent.az-a aşığın özü məlumat verib. Onun sözlərinə görə, bu, onun ilk konserti olacaq: "İndiyədək bir neçə dəfə yaradıcılıq gecəm keçirilib. Lakin böyük solo konsertim olmamışdı. 12 yaşımdan musiqidəyəm. Sənətə qarmon ifaçılığı ilə başlamışam, 15 ildir isə aşıq musiqimizin təbliği ilə məşğulam. Bu baxımdan ilk konserti həm də yubiley konserti də saymaq olar".

 

Özünü klassik və mühafizəkar aşıq məktəbinin nümayəndələrindən sayan Aşıq Vüqar deyib ki, konsertdə unudulmuş aşıq havaları, dastan parçaları səsləndirəcək: "Bununla yaddan çıxmış havalarımızı yenidən gündəmə gətirəcəm. Hazırda televiziyalarda səslənən aşıq musiqilərinin bəzilərində təhriflərə yol verilir. Zamanla hər aşıq bu musiqilərə bir əlavə edib. Halbuki aşıq sənətinə etalon kimi baxmaq lazımdır"


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR