Danimarka 145 İŞİD-çiyə işsizlik maaşı odəyir

Danimarka 145 İŞİD-çiyə işsizlik maaşı odəyir
10:09 23 Fevral 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

Terror təşkilatı olan İŞİD-ə qarşı yaradılan koalisiyaya dəstək verən Danimarka hökumətinin terror təşkilatına qatılan vətəndaşlarını kifayət qədər təqib etmədiyi kimi, üstəlik onlara işsizlik maaşı da ödədiyi məlum olub.

 

Lent.az-ın "Haberturk"ə istinadən xəbərinə görə, Danimarkanın əmək naziri Troels Lund Poulsen keçən il Danimarka mətbuatında yer alan 'İŞİD-ə qatılan danimarkalılar işsizlik maaşı alır" xəbərini təsdiqləyib.

 

2012-ci ildə bu yana İŞİD sıralarına 145 Danimarka vətəndaşının qatıldığı və bunlardan 29-nun dövlətin işsizlik maaşlarını almağı davam etdiyi bildirilir.

İŞİD-ə qatılan danimarkalıların aldığı maaşların cəminin 85 min avroya (330 min TL) çatdığı təxmin edilir. Baş nazir Lars Lokk Rasmussen terrorçulara bu cür ödənişlərin edilməməsi üçün qanuni boşluqları bağlayacaq bir tənzimləmə hazırlandığını bildirib.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR