Ərəblər Türkiyənin məşhur telekanallarını alır - RAZILAŞMA

Ərəblər Türkiyənin məşhur telekanallarını alır - RAZILAŞMA
12:19 23 Fevral 2017
171 Digər
Ölkə mətbuatı
A- A+

 

Türkiyənin ən böyük media haldinqlərindən olan “Star qrup”a daxil olan telekanallar Qatarın “beIN” media konsorsiumuna satılacaq. Lent.az odatv-yə istinadən xəbər verir ki, “Star grup”un sahibi Fərid Şahenk bir neçə gündür aparılan danışıqların sonunda ərəb sərmayeçilərlə razılaşıb.

 

Qeyd edək ki, ərəb konsorsiumu daha əvvəl Türkiyənin “Digitürk” media holdinqini alıb. “Star qrup”a isə Star TV, NTV, NTV Spor, Kral TV, Kral Pop, Euro Star, NTV Avrupa telekanalları daxildir. Eyni zamanda Kral FM, Kral Pop, Kral World və NTV radiosu da yeni razılaşma ilə qətərlilərin “beİN”in şirkətinin əlinə keçəcək.

 

Yeni razılaşma ilə Şahenk ailəsi bu media holdinqdə 30 faiz hissəyə sahib olacaq. Ancaq media holdinqin idarəçiliyində söz sahibi olmayacaqlar. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR