"Ölkədə intensiv dollarlaşma səviyyəsi səngiyib" - Rüfət Aslanlı

"Ölkədə intensiv dollarlaşma səviyyəsi səngiyib" - Rüfət Aslanlı
10:24 24 Fevral 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin yekunlarına nəzər saldıqda görürük ki, bank sektorunda problemlər artıq stabilləşib. "APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

 

Onun sözlərinə görə, banklarda qeyri işlək aktivlərin artımı ötən ilin ortalarından sabitləşib və ilin sonuna doğru azalma müşahidə edilib: "Ölkədə intensiv dollarlaşma səviyyəsi də səngiyib və bu gün biz sistemdə kapitalsız bankları görmürük. Bu artıq maliyyə sektorunun keyfiyyətcə yeni bir funksiyada aktiv maliyyə vasitəçisi kimi çalışması istiqamətində ikinci faza tədbirləri realizasiya etməsinə imkan yaradır".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR