Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin olundu - ƏMR

Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin olundu - ƏMR
15:24 24 Fevral 2017
219 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov Havar Məmmədovun Bakı Mühəndislik Universitetinin rektor əvəzi təyin olunması ilə bağlı əmr imzalayıb.

 

Lent.az-ın məlumatına görə, əmrə əsasən, Havar Məmmədov təhsil nazirinin müvafiq əmri ilə ali məktəbin rektor əvəzi vəzifəsini icra edir.

 

Xatırladaq ki, Havar Məmmədov  bundan əvvəl fəaliyyəti dayandırılan Qafqaz Universitetinin rektoru olub.

Qeyd edək ki,  Bakı Mühəndislik Universitetinə  rektor əvəzi vəzifəsinin icrası  Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlova tapşırılmışdı. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR