Futbolçu Devid Bekhem ailəsi ilə birgə Kanadaya tətilə gedib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qarlı dağlarda xizəklə sürüşərək, istirahət edən ailə üzvlərinin başına iş gəlib.

Belə ki, Bekhem dişini, modelliklə məşğul olan oğlu Bruklin isə qolunu sındırıb.

Hadisə bir neçə gün əvvəl olsa da, mediaya bu gün sızıb. Belə ki, Bruklin İnstaqram-da rentgen kağızını və qolunun gipsdə olan şəklini paylaşıb, hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.

Daha sonra Bekhem də dişinin sındığını və dərhal Londona qayıtdıqdan sonra həkimə müraciət edərək onu bərpa etdiyini qeyd edib.

Milli.Az

Tətildə özü dişini, oğlu qolunu sındırdı - FOTO
Tətildə özü dişini, oğlu qolunu sındırdı - FOTO
Tətildə özü dişini, oğlu qolunu sındırdı - FOTO